Ordubadın Ağdərə qəsəbəsinə 37 santimetr hündürlüyündə qar yağıb

Ordubadın Ağdərə qəsəbəsinə 37 santimetr hündürlüyündə qar yağıb

25.12.2020 Выкл. Автор admin

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Maştağada 30 (aylıq normanın 88 faizi), Çilov adasında 26 (aylıq normanın 88 faizi), Binədə 19 (aylıq normanın 64 faizi), Pirallahıda 12, Neft Daşlarında 8, Bakıda 7 (aylıq normanın 24 faizi), Sumqayıtda 1, Göyçayda 13, Cəfərxanda 9, Ağsu, Sabirabadda 8, Neftçalada 7, Salyan, Qazıməmməd, Biləsuvarda 5, İmişli, Kürdəmirdə 4, Beyləqanda 1 millimetrədək, Oğuzda 18, Kişçayda (Şəki) 13, İsmayıllıda 12, Qəbələdə 10, Zaqatala, Şabranda 7, Şəki, Altıağacda 5, Xaçmazda 4, Xınalıq, Şamaxı, Qrız, Qubada 3, Balakəndə 2, Şahdağ, Mərəzə, Xaltan, Sarıbaşda (Qax) 1 millimetrədək, Ağdərədə 9, Şahbuzda 5, Ordubad, Naxçıvanda 1 millimetrədək, Daşkəsən, Gədəbəydə 1 millimetrədək, Lənkəranda 18, Yardımlıda 15, Lerikdə 14, Astarada 12 millimetr olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 37, Kişçayda (Şəki) 35, Sarıbaşda 25, Altıağacda 24, Lerikdə 20, Qrızda, Xaltanda 15, Yardımlıda 14, Şahdağda 13, Şahbuzda 10, Daşkəsəndə 9, Oğuzda 8, Zaqatalada 6, Qəbələdə 5, Şəki, Mərəzə, Qubada 4, Şərur, Gədəbəy, Qusarda 3, Sədərəkdə 2 santimetr olub.

Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Qrız, Tərtər, Göyçay, Kişçay, Sarıbaşda duman müşahidə olunub.

Dekabrın 24-də şimal-qərb küləyi əsəcək, arabir Neftçalada 25, Bakıda 28, Maştağada 25, Ələt, Qum adasında 20, Pirallahıda 23, Sumqayıtda 22, Çilov adası, Neft Daşları, Binədə 18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın temperaturu dekabrın 24-də iqlim normasından 2° aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək, Aran rayonlarında 5-7° isti, dağlıq rayonlarda 1-3° şaxta, Naxçıvan Muxtar Respublikasında 1° şaxtadan 4°-dək isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2°, Aran rayonlarında 1-3° isti, dağlıq rayonlarda 5-10°, yüksək dağlıq ərazilərdə 13-19°, Naxçıvan Muxtar Respublikasında 3-10° şaxta olub.

 

 

Share