Ötən il Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğurla iştirak ediblər

04.01.2020

2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilərimiz ötən il ərzində 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə ediblər.

2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.

Xəbəri paylaş: