Pərvanə İbrahimova BDU-dan ayrıldı

12.02.2020 Выкл. Автор admin

Jurnalist Pərvanə İbrahimova Bakı Dövlət Universitetində Mətbuat-informasiya şöbəsinin müdiri vəzifəsindən ayrılıb. 

Bu barədə məlumatı özü sosial şəbəkədə yayıb. Bildirib ki, artıq pedaqoji fəaliyyətlə məşğul olacaq:

“Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 2000-ci ildən Mətbuat-informasiya şöbəsində fəaliyyət göstərmişəm.

 

Artıq o, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!”

Share