Paytaxtda 26 cinayətin üstü açılıb

03.03.2020 Off By Füzuli İsmayılov

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 26 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 10-u əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 1-i quldurluq, 2-si xuliqanlıq, 7-si narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb. İtkin düşmüş kimi barəsində axtarış elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Share