Pentaqon hərbi qulluqçuların və onların ailələrinin daxili səfərlərini məhdudlaşdırıb

16.03.2020 Off By Füzuli İsmayılov

Martın 15-də Pentaqon koronavirusun yayılması ilə bağlı əlavə tədbirlərin görülməsi haqqında bəyanatla çıxış edib. Bəyanatda bazar ertəsi günündən başlayaraq koronavirus səbəbindən mülki qulluqçuların, hərbçilərin və onların ailə üzvlərinin daxili yerdəyişmələrinin və səfərlərinin dayandırılacağı bildirilir. Daxili səfərlərə hesablanan bu qərar ötən çərşənbə günü qoyulmuş məhdudiyyətlərə əlavədir. Qərar Böyük Britaniya istisna olmaqla, adı çəkilən qrupun Avropa ölkələrinin əksəriyyəti arasında gediş-gəlişini qadağan edir. Bundan əvvəlki məhdudiyyətlər cümə axşamı günü qüvvəyə minib.

Daxili səfərlərə qoyulan yeni məhdudiyyətlər ABŞ-ın sərhədləri daxilində daimi və ya müvəqqəti xidmət yerlərinə köçmələri nəzərdə tutur. Həmçinin Müdafiə Nazirliyinin obyektlərinə muzdlu mülki şəxslərin işə götürülməsi dayandırılacaq. Məhdudiyyətlər mart 16-dan mayın 11-dək qüvvədə olacaq.

AZƏRTAC-ın Vaşinqton bürosu

Share