Prezident Gəncənin vurulmasından yazdı

Prezident Gəncənin vurulmasından yazdı

11.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”.

bunu Prezident İlham Əliyev rəsmi tvitter səhifəsində yazıb. Ölkə başçısı qeyd edib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raket atəşinə tutub:

“Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.

Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”.

 

Share