Prezidentin köməkçisi Azərbaycana müxtəlif təzyiqlərin olduğunu açıqlayıb

Prezidentin köməkçisi Azərbaycana müxtəlif təzyiqlərin olduğunu açıqlayıb

10.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Ölkəmizə müxtəlif təzyiqlər var və Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə sinə gərməkdədir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yozdur: “Məqsəd ərazi bütövlüyümüzün təmin edilməsidir. Əgər atəşkəsin pozulması üçün Ermənistan təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir”.

H. Hacıyev Azərbaycan əsgərinin bu günlər rəşadət nümayiş etdirdiyini də vurğulayıb: “Azərbaycan əsgərlərinə eşq olsun”.

Share