Probasiya şöbələri eyni vaxtda birdən çox məcburi icra tədbiri görə biləcək

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya şöbələri, icra idarələri və şöbələrinin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, həmin qurumlar tələbin borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi zamanı qəbul olunmuş qərar (əmlakın üzərinə həbs qoyulması və s.) barədə 1 iş günündən gec olmayaraq qarşılıqlı inteqrasiya olunmuş elektron sistem vasitəsilə “Elektron hökumət” portalında müvafiq qeydlər aparmalıdırlar.

Eyni zamanda, digər dəyişikliklə həmin qurumların hüquqları da artırılıb. Artıq yuxarıda qeyd olunan qurumlar qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək hüququna malik olacaq.

Share