Qarabağ savaşında Ermənistanın itkiləri nə oldu?

Qarabağ savaşında Ermənistanın itkiləri nə oldu?

25.12.2020 Выкл. Автор admin

Ermənistanın Vatikandakı sabiq səfiri  Mikael Minasyan ölkənin baş naziri Nikol Paşinyanı Qarabağ savaşındakı itkilərlə bağlı gerçəkləri hələ də xalqdan gizlətməkdə suçlayır.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın kürəkəni M.Minasyanın sözlərinə görə, sentyabrın 27-də başlayaraq noyabrın 9-da başa çatmış İkinci Qarabağ savaşında Ermənistan Müdafiə Nazirliyinin yaralanan və həlak olan, habelə itkin düşən hərbçilərinin sayı açıqlanmış rəsmi statistikadan dəfələrlə çoxdur.

 

«Fakt budur ki, Ermənistan bu savaşda 2250 hərbçisini itirdi. Onların ölümləri təsdiqlənib. 1400 erməni hərbçinin cəsədləri isə morqlarda deyil. 1100 hərbçimiz itkin düşüb. Yəni minimum 4750 hərbçi itirmişik. 4750 insan, 4750 acı tale, 4750 sönmüş ümid, 4750 kədərdən sınmış ailə. 4750 rəqəm deyil, vücudumuz və qanımızdır. İri şəhərdir. İri ordudur», — M.Minasyan deyib.

Nikol Paşinyanın rəhbərlik etdiyi «Addımım» bloku isə Dağlıq Qarabağdan Ermənistana köçmüş erməni ailələrindən olan 4750 uşaq üçün Yeni İl şənliyi hazırlayır.

4700 və ya 4800 yox, məhz 4750.

Paşinyan sanki erməniləri yenə ələ salır.

İkinci Qarabağ Savaşında Ermənistanın itkilərinə gəldikdə isə, təxmini hesablamalara görə, savaşda məhv edilmiş erməni hərbçilərinin sayı 9800 nəfərdən artıqdır.

Milli.Az

Share