"Qarşıma şərt qoyur ki, ayağımın altına gül səpin"

"Qarşıma şərt qoyur ki, ayağımın altına gül səpin"

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Ayağımın altına gül düzün, şamlar yandırın” deyənləri verilişimə dəvət etmirəm. Yoruluram onlardan. Sənətkar qarşısında baş əyirəm. Amma sənəti olmayıb, qarşıma şərtlər qoyanları sevmirəm”.

bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Show news” verilişində deyib. O, proqrama dəvət elədiyi sənətçilərin qoyduğu şərtləri tənqid edib:

“Niyə? Sənə borcum var? Niyə sənin ayağının altına gül düzülməlidir? Bir sənətinə, səsinə, ifaçılığına bax. Sən kimsən ki, ayağının altına gül düzülsün? Nə gəldi geyinirlər. Olsun, sənətkar hər şey geyinə bilər. Amma sənəti olmayan evi-eşiyi, bədəninin orası-burası, əzaları ilə qürrələnməyi və tələb etməyi olmaz.

Özümü kraliça hesab edim? Axı o deyiləm. Əsas xalq səni necə hesab etməsidir. Zamanın gözü ələkdər. Zamanla insanlar ələnir. Kim özünü nə hesab edir etsin. Sənət, qabiliyyət istedad qalacaq. Beşmərtəbi evin, villan, bahalı maşının sənə qalacaq. Amma səndən xalqa heç nə qalmayacaq.

Bəzən elələrini biz özümüz qaldırıb qoyuruq başımızın üstünə. İstedadı olmayanı əziz insanlar, tamaşaçılar qaldırmayın yuxarı, toylara çağırmayın”.

Share