Qazaxıstanlı doktorantların AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübələri davam edir

06.03.2020 Off By admin

Qazaxıstan Respublikası Qorqud Ata adına Qızıl Orda Dövlət Universitetinin doktorantları AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, doktorantlar Torpaq örtüyünün strukturu laboratoriyasında respublikanın şoran torpaqlarında meliorativ tədbirlərin aparılmasında əsas diaqnostik göstərici olan torpaqların qranulometrik və mikroaqreqat tərkibinin təyini üzrə əyani təcrübələrlə tanış olublar. Onlara lazımi təkliflər verilib.

Daha sonra qazaxıstanlı doktorantlara institutun Torpaq muzeyi barədə geniş məlumat verib.

Qazaxıstanlı doktorantların Torpaqşünaslıq və Aqrokimya İnstitutunda meliorasiya, torpaqların mühafizəsi və rekultivasiyası ixtisası üzrə elmi təcrübələri martın 14-dək davam edəcək.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qızıl Orda Dövlət Universiteti arasında memorandum imzalanıb. Memorandumda birgə magistrant, fəlsəfə və elmlər doktorlarının hazırlanması, elmi seminarların təşkili, təcrübə mübadilələrinin aparılması və s. məsələlərin yerinə yetirilməsi nəzərdə tutulub.

Share