Qusar və Şəmkirdə baş verən qəzalarda iki nəfər ölüb

Qusar və Şəmkirdə baş verən qəzalarda iki nəfər ölüb

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qusar və Şəmkir rayonlarında baş verən avtoqəzalarda iki nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 7-də saat 18 radələrində Qusar rayonunun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil su arxına aşıb. Nəticədə sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində qeydə alınıb. Kənd sakini Elməddin Sarıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Share