«Real»ın məşqləri bərpa edəcəyi vaxt müəyyənləşib

«Real»ın məşqləri bərpa edəcəyi vaxt müəyyənləşib

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyası səbəbindən martın 12-dən məşqləri dayandıran «Real» yenidən bir araya gəlməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, «kral klubu» mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır.

Bununla bağlı bütün işçilər və futbolçular məlumatlandırılıb. Oyunçular aprelin 28-də koronovirus testindən keçəcəklər. Klubun bazasında bütün lazımi gigiyena tədbirlərinə uyğun təlimlər də nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda  56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan «Real» lider «Barselona»dan 2 xal geri qalır.

Share