“Renn” səfərdə, PSJ evdə qələbə qazanıb

01.03.2020 Off By admin

Fransa Liqa1-də XXVII turun növbəti oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə altı matç baş tutub.

Yarışın lideri PSJ növbəti qələbəsini qazanıb. Paris təmsilçisi evdə “Dijon”u dörd qolla darmadağın edib.

Mükafatlar uğrunda mübarizə aparan “Renn” səfərdə autsayder “Tuluza”ya iki cavabsız qolla qalib gəlib. Təhlükəli zonada qərarlaşanların duelində “Mets” “Amyen”in meydanında vurulan bir qolla üç xala sevinib. “Anje” – “Brest” görüşünün taleyini də qonaqların vurduğu bir top həll edib.

“Monpelye” evdə “Strasburq” üzərində böyükhesablı qələbə qazanıb. Avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan “Monako” və “Reyms” meydandan sülhlə ayrılıb.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

Fransa Liqa1
XXVII tur
29 fevral
PSJ – “Dijon” – 4:0

Sarabia, 3, Mbappe, 74, 90, İkardi, 77
“Monako” – “Reyms” – 1:1
Ben Yedder, 31 (pen.) – Kamara, 58
“Tuluza” – “Renn” – 0:2
Burlqod, 3, Maoussa, 83
“Monpelye” – “Strasburq” – 3:0
Savanye, 57 (pen.), 65, Laborde, 61
“Amyen” – “Mets” – 0:1
Boulaya, 25
“Brest” – “Anje” – 0:1
Bahoken, 43

1. PSJ 27 22 2 3 75:24 68
2. Marsel 27 16 7 4 39:27 55
3. Renn 27 14 5 8 33:24 47
4. Lill 26 13 4 9 33:27 43
5. Monpelye 27 11 7 9 35:29 40
6. Monako 27 11 7 9 43:42 40
7. Reyms 27 9 11 7 25:21 38
8. Strasburq 27 11 5 11 32:32 38
9. Lion 26 10 7 9 40:26 37
10. Nitsa 26 10 7 9 38:36 37
11. Nant 26 11 4 11 28:28 37
12. Anje 27 10 6 11 26:33 36
13. Bordo 26 9 8 9 38:32 35
14. Brest 27 8 10 9 34:36 34
15. Mets 27 7 10 10 25:34 31
16. S.Etyenn 26 8 5 13 28:42 29
17. Dijon 27 6 9 12 25:36 27
18. Nim 27 7 6 14 28:42 27
19. Amyen 27 4 10 13 29:48 22
20. Tuluza 27 3 4 20 21:56 13

 

Share