Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

13.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib. 

DİM-dən APA-ya verilən məlumata görə, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir. Qeyd edək ki, 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 508 yerdən ibarət olub. 

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). Ümumilikdə 74 plan yeri boş qalıb.

Aşağıda boş qalan plan yerləri təqdim olunur. 

2020/2021-ci tədris ili üçün rezidenturanın boş qalan yerlərinə qəbul aparılan ixtisaslar 

Kodu

Adı

Plan

 

 

Azərbaycan Tibb Universiteti

311114

Anesteziologiya- reanimatologiya

9

 

311236

Psixiatriya

2

 

311325

Allerqologiya və immunologiya

1

 

311366

Ftiziatriya

14

 

311374

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

2

 

311414

Ailə təbabəti

2

 

311439

Endodontiya

3

 

311447

Parodontologiya

1

 

311463

Neonatologiya

1

 

311544

Restorativ stomatologiya

3

 

311552

Ortopedik stomatologiya

1

 

311569

Uşaq stomatologoyası

3

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

313115

Parodontologiya

1

 

313123

Ortopedik stomatologiya

1

 

313131

Ortodontiya

1

 

313148

Anesteziologiya- reanimatologiya

4

 

313189

Travmatologiya- ortopediya

1

 

313229

Oftalmologiya

1

 

313245

Psixiatriya

3

 

313261

Daxili xəstəliklər

2

 

313318

Hematologiya

1

 

313342

Narkologiya

4

 

313359

Ftiziatriya

3

 

313367

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

2

 

313375

Pediatriya

1

 

313431

Gigiyena

1

 

*313415

Sosial gigiyena və səhiyyənin təşkili

1

 

*313423

Tibbi mikrobiologiya

1

 

Naxçıvan Dövlət Universiteti

361124

Ümumi cərrahiyyə

1

 

361132

Travmatologiya- ortopediya

1

 

361181

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

1

 

361221

Endodontiya

1

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2020, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 oktyabr 2020-ci il saat 12:00-dən 14 oktyabr 2020-ci il saat 14:00-dək  https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

QEYD 1. * – işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2020, səh.6-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Share