Rusiya Belarus ilə sərhədi bağlayır

16.03.2020 Off By Füzuli İsmayılov

Rusiya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Belarusla sərhədi bağlayır.

Bu barədə Baş Nazir Mixail Mişustin məlumat yayıb.

O qeyd edib ki, Rusiya-Belarus sərhədi insanların gediş-gəlişi üçün bağlanır. Baş Nazir koronavirusla mübarizə üçün bundan sonra da qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Share