Rusiya XİN: İdlibdə atəşkəs rejiminə əməl olunur

12.03.2020 Off By admin

“Suriyanın İdlib əyalətində atəşkəs rejiminə əməl olunur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Praktiki baxımdan, Rusiya və Türkiyə zirvə görüşünün sonunda imzalanan 17 sentyabr 2017-ci il tarixli memorandumun əlavə protokolu martın 6-dan etibarən İdlibdə münaqişə zonasının mövcud təmas xəttində mübarizəni dayandırmağa imkan verdi. Atəşkəs rejiminə ümumilikdə əməl olunur. Bu, İdlibdə vəziyyətin əhəmiyyətli dərəcədə sabitləşməsinə kömək edir”, – deyə M. Zaxarova vurğulayıb.

Share