“Şəhidlərin ruhu qarşısında onları diz çökdürmüşük” –  İlham Əliyev

“Şəhidlərin ruhu qarşısında onları diz çökdürmüşük” – İlham Əliyev

09.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

“Biz bütün işləri elə aparırıq ki, az itki verək. Bəzi hallarda öz mövqelərimizdə möhkəmlənib ondan sonra əməliyyat üçün hazırlıq işləri görürük ki, maksimum nəticə, minimum itki olsun”.

bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib. Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan əsgəri ermənilərin qazdığı səngərlərdə keşik çəkir:

“Qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları bu gün döyüş meydanında onlara qarşı vuruşur.

Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir, hər gün əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflər yerinə yetirir. Eyni zamanda strateji yüksəklikləri götürərək, daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir. Əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə malikdir”.

Ölkə başçısı daha sonra “Biz işğalçını sülhə məcbur edirik. Gördülər ki, dünyada heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala biz ərazi bötüvlüyümüzü bərpa edəcəyik. İşğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün. Ermənistanın Baş naziri özünü nə hesab edir?” deyərək, sözlərinə davam edib.

İlham Əliyev deyib ki, Ermənistan heç kimə ümid bağlamasın:

“Moskva danışıqlarından sonra saxtakarlıq edəcəklərsə, peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Bizim qabağımızda Ermənistan acizdir, Ermənistan diz çöküb qabağımızda. Şəhidlərin ruhu qarşısında onlara diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Şəhid valideynləri ilə görüşlərdə demişdim ki, onların qisasını alacağıq”.

Share