Şəkidə baş verən qəzada bir ailənin iki üzvü ölüb

Şəkidə baş verən qəzada bir ailənin iki üzvü ölüb

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Şəki şəhəri ərazisində Bərdə rayon sakini N.Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri – arvadı Nəsibə və qızı Zəminə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Fakta bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Share