Səudiyyə Ərəbistanı "Liberty Media" ilə əməkdaşlığı genişləndirir

Səudiyyə Ərəbistanı "Liberty Media" ilə əməkdaşlığı genişləndirir

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Səudiyyə Ərəbistanı İnvestisiya Fondu ən iri səhmdarı “Liberty Media” şirkəti olan “Live Nation Entertainment” şirkətinin aksiyalarının 5,7 faizini alıb.

AZƏRTAC xəbər verir ki, İnvestisiya Fondu dünyanın ən iri konsert agentliyinin səhmlər paketinə görə 500 milyon ABŞ dolları ödəyib.

Beləliklə, Səudiyyə Ərəbistanının hökumət strukturları, o cümlədən “Formula One Group”un sahibi olan “Liberty Media” ilə əməkdaşlığı davam etdirirlər. Daha əvvəl Səudiyyə Ərəbistanının “Aramco” neft şirkəti Formula 1-in qlobal tərəfdaşı olub. Hesablamalara görə, “Aramco” ilə müqavilə çempionata 450 milyon dollar qazandıracaq.

Konsert agentliyinin səhmlərinin satın alınması Səudiyyə Ərəbistanının kral ailəsinin strategiyasının bəndlərindən biridir. Bir neçə il əvvəl barəsində söhbətlər gedən Formula 1 mərhələsinin keçirilməsi növbəti addım ola bilər.

Share