Salyan sakini dostu tərəfindən bıçaqlanıb

Salyan sakini dostu tərəfindən bıçaqlanıb

11.08.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Salyan rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Babacanlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Yaşar Əlniyaz oğlu qarnının kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun içki məclisində dostu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: