SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi xeyriyyə aksiyası keçirib

SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi xeyriyyə aksiyası keçirib

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq xeyriyyə aksiyası təşkil edib.

SEBA-dan APA-ya verilən məlumata görə, xeyriyyə aksiyası aprelin 17 və 18-də Masazır qəsəbəsində yerləşən “Məzun evi”ndə təşkil olunub.

Aksiyada xüsusi qayğıya ehtiyacı olan 356 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət yardım paylanılıb.

Aksiyadan ümumilikdə 800-dək əlil, xəstə, valideyn himayəsindən məhrum olmuş şəxs yararlanıb.

Qeyd edək ki, çoxmərtəbəli 3 binadan, 365 mənzildən ibarət “Məzun evi” Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum gənclər və əlillər üçün inşa edilib.

Share