SOCAR Bakıda aztəminatlı ailələrə yardım edib

SOCAR Bakıda aztəminatlı ailələrə yardım edib

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 6-dan may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.

Məlumata əsasən, yardım göstərilən ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildiriblər. SOCAR-ın yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.

Share