Sumqayıtda yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

Sumqayıtda yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ətrafa və atmosferə yayılması ehtimalı olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir.

Nəticələr barədə əlavə məlumat veriləcək.

Share