Sumqayıtda zavod ərazisində yanğın başlayıb

Sumqayıtda zavod ərazisində yanğın başlayıb

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sumqayıtda zavod ərazisində yanğın başlayıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində istifadəyə yararsız plastik borular yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Share