Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

Share