TƏBİB Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti ilə bağlı məlumat yayıb

07.03.2020 Off By admin

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Lerikdə sürüşmə olan evdə xəsarət alan 2 nəfər xəstəxanaya aparılıb.

Bildirilib ki, yaralılardan bir nəfəri xəstəxanada saxlanılır, onun vəziyyəti qənaətbəxşdir. Digər yaralıya ambulator yardım göstərildikdən sonra o xəstəxanadan buraxılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Hadisə rayonun Çayrud kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A. Əlirzayev ölüb, ailənin digər iki üzvü – 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Share