Taliban mətbuat konfransı keşirir

Taliban mətbuat konfransı keşirir

09.07.2021 Off By admin

Taliblər Moskva “Radisson”unda jurnalistlərə açıqlama veriblər.
“Hakimiyyet.com” xəbər verir ki, taliblər narkotik qaçaqmalçılığı ilə mübarizə aparacaqlarını bəyan ediblər.
Bundan başqa, taliblər nəzarət etdiləri ərzidən təhülkəsiz yükdaşımalarını təmin edəcəklərinə də zəmanət veriblər. Taliblər bildiriblər ki, amerikalıların gedişindən sonra əfqanlar onlara 10 min ədəd silah təhvil edib.
“Kabil və ətrafındakı bir neçə ərazilərdən savayı hər yan Talibanın nəzarətindədir” deyən Taliban nümayəndə heyəti əlavə edib ki, ABŞ-a paytaxt və əfqan əyalətlərini tutmamaq barədə söz verməmişik.
Mətbuat konfransında taliblər qeyd ediblər ki, hələki əmirlik tərəfdarıdırlar, amma gələcəkdə dövlət quruculuğunun formasını müzakirə etməyə hazırdırlar:
“Əfqanıstanın 400 vilayətindən 174-ü nəzarətimizdədir. İŞİD ilə mübarizə aparırıq və onlar ölkənin şimal hissəsindən sıxışdırıb çıxarmağa çalışırıq. Əfqan hökuməti ilə də atəşkəsi müzakirə etməyə hazırıq”.

Share