
Tehranda faciəli hadisə
27.12.2020İranın paytaxtı Tehranda faciəli hadisə baş verib.
Hakimiyyet.com bildirir ki, paytaxtın yaxınlığında yerləşən dağda qar uçqunu baş verib. Uçqun nəticəsində 8 nəfər vəfat edib. İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipur qar uçqunu nəticəsində azı 16 nəfərin itkin düşdüyünü deyib.