Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik birinci oxunuşda qəbul edilib

Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik birinci oxunuşda qəbul edilib

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud bir ay müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini  tapıb.

Layihəyə əsasən, ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Share