Tovuzda maşın aşıb, tələbə ölüb – FOTO

Tovuzda maşın aşıb, tələbə ölüb – FOTO

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub. 

APA-nın məlumatına görə, o, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş. 

***

29 aprel, saat 18:53

 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share