Türkiyə Kipr sahillərində geoloji kəşfiyyat işlərinin müddətini uzadıb

Türkiyə Kipr sahillərində geoloji kəşfiyyat işlərinin müddətini uzadıb

10.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyə Kiprin cənubi-qərbindəki karbohidrogen yataqlarının geoloji kəşfiyyatının müddətinin noyabrın 9-dək uzadılması ilə əlaqədar növbəti beynəlxalq bildirişini (“Navtex”) yayımlayıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin Okeanoqrafiya, Hidroqrafiya və Naviqasiya İdarəsinin məlumatında deyilir.

Türkiyənin “Barbaros Hayreddin Pasa” tədqiqat gəmisi digər iki gəminin müşayiəti ilə ərazidə karbohidrogen yataqlarının kəşfiyyatını aparır.

Son vaxtlar Afina ilə Ankara arasında münasibətlərin kəskin pisləşməsinin əsas səbəbi Türkiyənin “Oruç Reis” tədqiqat gəmisinin Şərqi Aralıq dənizində Yunanıstanın özünün hesab etdiyi iqtisadi zonada seysmik tədqiqatların aparması göstərilir. Yunanıstanın silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Türkiyə Kiprin özünün hesab etdiyi iqtisadi zonada da tədqiqat işlərinin aparılmasına başlamışdı.

Ankara “Oruç Reis”i və döyüş gəmilərini Şərqi Aralıq dənizindən çıxartdıqdan bir müddət sonra Yunanıstanın Xarici İşlər Nazirliyi sentyabrın 22-də Türkiyə ilə 2016-cı ildə qısaldılmış möhkəm təmasların bərpası və qısa müddətdə 61-ci təmasların keçirilməsi barədə razılığa gəldiyini elan etmişdi.

Share