Türkiyə və Rusiyadan ilk – PATRUL XİDMƏTİ

15.03.2020 Off By admin

Türkiyə və Rusiya hərbçiləri İdlibdə M4 şossesi boyunca ilk ortaq patrul xidmətini həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Patrul marşrutu pilotsuz təyyarələrlə izlənilib.

Birgə patrul zamanı təxribatların qarşısını almaq və mülki şəxslərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Tərəflərin hərəkətləri ortaq koordinasiya mərkəzləri vasitəsi ilə razılaşdırılıb.

Bu proses İdliblə bağlı Moskva razılaşmalarına uyğun olaraq həyata keçirilib.

Share