Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı münasibətilə konsert proqramı təşkil olunub

Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı münasibətilə konsert proqramı təşkil olunub

24.04.2020 Выкл. Автор admin

Türkiyədə qeyd olunan 23 aprel — Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Yeddi təpəli şəhər İstanbuldan yeddi qitəyə” adlı konsert proqramı təşkil olunub. Ölkənin Prezident Administrasiyası tərəfindən keçirilən konsertdə çox sayda Türkiyə müğənnisi iştirak edib.

Konsert proqramının çəkilişləri Ayasofya Muzeyi, Qız Qalası, Qalata Qülləsi, 15 İyul Şəhidlər Körpüsü, Dolmabaxça Sarayı da daxil olmaqla İstanbulun rəmzlərinə çevrilmiş yeddi məkanda aparılıb. Layihə vasitəsilə İstanbuldan dünyaya sevgi və birlik çağırışları səsləndirilib.

Proqram Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanıb.

Share