Tutulan icra başçısının “Şöhrət” ordeni GERİ ALINACAQ

19.12.2019 Выкл. Автор admin

Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və birinci müavini, YAP-ın yerli təşkilatının sədri Ramiz Tatarovun rüşvətə görə həbs olunması ölkədə əməlli-başlı səs-küy doğurub. Məsələ burasındadır ki, son illər belə yüksək çinli məmurların vəzifədən çıxarılmadan – kabinetlərində həbs olunması hadisəsinə rast gəlinmirdi.

Məlumata görə, hazırda icra başçısı və birinci müavinin ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həbs olunan hər iki məmur dövlət təltiflərinə sahibdirlər. Belə ki, Nizaməddin Quliyev ictimai-siyasi fəaliyyətdəki xidmətlərinə görə 2 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib.

Share