UEFA bu gün Konqres keçirəcək: Koronavirus da müzakirə ediləcək

02.03.2020 Off By admin

UEFA bu gün keçirəcəyi Konqresdə koronavirusla bağlı məsələni də müzakirə edəcək.

Oxu.Az xəbər verir ki, bu gün qitə futbol qurumu Niderlandın paytaxtı Amsterdamda 44-cü Konqresini keçirəcək.

Burada koronavirusla əlaqədar son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq.

İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək. Həmçinin, AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı da gözdən keçiriləcək.

Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və iki saat davam edəcək Konqresin gündəliyində aşağıdakı məsələlər yer alacaq:

* UEFA-nın illik hesabatının təsdiqi;

* UEFA-nın 2018/19 maliyyə hesabatının və 2020/21 büdcəsinin təsdiqi;

* UEFA-nın komitələrinin işində yenilənmə.

Həmçinin, UEFA İcraiyyə Komitəsinə və FIFA Şurasına üzvlərin seçkiləri keçiriləcək. UEFA İcraiyyə Komitəsi 2022-ci ilin Avropa Liqasının final, 2022 və 2023-cü ildə Super Kubok matçlarının ev sahibi olacaq şəhəri təsdiqləyəcək.

2020/21 mövsümü üçün Çempionlar Liqası, Avropa Liqası, UEFA Gənclər Liqası, qadınlar arasında Çempionlar Liqası, futzal üzrə Çempionlar Liqasının və bu il keçiriləcək UEFA Super Kubokunun qaydaları təsdiq üçün təqdim olunacaq.

Share