UEFA klublara maliyyə yardımı edəcək

UEFA klublara maliyyə yardımı edəcək

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, UEFA bayrağı altında yarışlarda iştirak edən 55 milli asssosiasiyanın 676 klubuna ümumilikdə 70 milyon avro ödəniləcək.

Aprelin 23-də keçirilən videomüşavirədə milli çempionatların bərpası ilə bağlı məsələ də müzakirə olunub. Yekunda belə bir qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həllilə bağlı planların tərtib olunması üçün yerli assosiasiyalara mayın 27-dək vaxt verilsin. Məhz həmin gün UEFA-nın İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirəyə çıxaracaq.

Share