ÜST: Britaniyada koronavirusun mutasiyası əhəmiyyətli dərəcədə deyil

ÜST: Britaniyada koronavirusun mutasiyası əhəmiyyətli dərəcədə deyil

25.12.2020 Выкл. Автор admin

Böyük Britaniyada aşkarlanan koronavirus mutasiyası cüzidir və diaqnostika, preparatlar və vaksin vasitələrinın effektivliyinə təsir etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviçə istinadla məlumat yayıb. Onun sözlərinə görə, ÜST bütün tibbi və sosial tədbirlər bazasını reallaşdırmağı, o cümlədən xəstələrin izolyasiya olunmaları üçün test və izləmə tədbirlərini, həmçinin gigiyena, fiziki distansiya və maska kimi individual qoruma vasitələrinin tətbiqini tövsiyə edir.

Melita Vuynoviç qeyd edib ki, birgə fəaliyyət və təşvişin aradan qaldırılması Böyük Britaniya və digər ölkələrdə koronavirusun yeni ştammının aşkar edilməsi ilə bağlı vəziyyəti nəzarətdə saxlamağa imkan verəcək. “Böyük Britaniyada aşkarlanan ştamm genetik mutasiya variantı kimi tanınıb. Burada koronavirusun yeni variantına mindən çox yoluxma aşkarlanıb. Birləşmiş Krallıqda mutasiyaya uğramış virusa ilk yoluxma halları 2020-ci il sentyabrın ortalarına təsadüf edir”, — deyə o bildirib.

Dünya Səhiyyə Təşkilatının nümayəndəsi, həmçinin hazırkı mərhələdə yeni ştammın xəstəliyin ağırlaşması, anticisimlərin reaksiyası və ya vaksinin effektivliyi ilə bağlılığının dəqiq müəyyən edilməsi üçün informasiyanın az olduğunu vurğulayıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok İngiltərənin cənub-şərqində koronavirusun yeni ştammının aşkar olunduğunu bildirib. Baş nazir Boris Conson isə ilkin məlumata əsaslanaraq koronavirusun yeni formasının 70 faiz daha yoluxucu ola biləcəyini, lakin ölümcüllük səviyyəsinin artmasına dair sübutların olmadığını deyib. Dekabrın 20-dən başlayaraq London, Şərqi və Cənub-Şərqi İngiltərə ərazisində və Uelsdə sərt karantin rejimi elan olunub. Bundan sonra yüzdən çox ölkə Böyük Britaniya ilə nəqliyyat əlaqəsini kəsib.

Share