Vəkillər və mühasiblər sosial ayırmaları yeni qaydada ödəyəcək

Vəkillər və mühasiblər sosial ayırmaları yeni qaydada ödəyəcək

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Vəkillər və mühasiblər sosial ayırmaları yeni qaydada ödəyəcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”yə müvafiq dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar – Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin gəlirlərindən xərclər çıxılmaqla sosial ayırmalar ödəyəcək.

Qeyd edək ki, sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur.

Share