Vakant vəzifələrin tutulması üçün müsahibə davam edir: 31 namizəd uğur qazanıb

13.03.2020 Off By admin

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AZƏRTAC DİM-in martın 13-ü saat 17:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 31 nəfər uğur qazanıb. Onlardan 10-u Kənd Təsərrüfatı Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Energetika Nazirliyində, 5-i isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə iyulun 27-də başa çatacaq.

Share