Vaksinasiyanın ölümə səbəb olması iddiaları ilə bağlı AÇIQLAMA

Vaksinasiyanın ölümə səbəb olması iddiaları ilə bağlı AÇIQLAMA

04.06.2021 Off By admin
“Hələ də bu gün bəzən cəmiyyət arasında, bəzən də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrədə hansısa səbəbdən ölümlər vaksinasiya prosesi ilə əlaqələndirilir”.

“Ölkə.az” xəbər verir ki, bunu Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, vaksinasiyanın ölümlə nəticələnməsi barədə deyilənlər qətiyyən sübut edilməmiş, heç bir əsası olmayan rəqəmlərdir:

“Vurğulamaq lazımdır ki, ölkəmizdə hər il ortalama olaraq ortalama 60-70 min insan vəfat edirdi. Bunlar hər hansı bir səbəbdən, xəstəlikdən olduğu kimi 15-20 %-i də səbəbi bilinməyən ani ölümlər idi.  Bu ani ölümlərin tərkibində fərqli-fərqli xəstəliklər – beyin-qan dövranı sistemində ani ölümə səbəb ola biləcək ürək-damar xəstəlikləri və səbəbi bilinməyən yüzlərlə xəstəliklər var ki, bunları araşdırmadan kütləvi vaksinasiya zamanı ölkədə ola baş verən hər bir ölüm hadisəsinin vaksinasiya ilə əlaqələndirilməsi qəbuledilməzdir.

Bu, ölkəmiz, xüsusən bugünkü pandemiya ilə mübarizədə qış aylarında ola biləcək böyük dalğalar qarşısında insanların həyat və təhlükəsizliyini təmin etmək üçün qızıl açar rolu oynayan vasitəyə qarşı xoş olmayan addımdır” – R.Mahmudov söyləyib.

“Hakimiyyet.com”

Share