Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verdi

08.03.2020 Off By admin

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verib.

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hadisələri üzrə inspektoru, polis polkovnik-leytenantı Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib.

E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib.

Share