Vüqar Bayramov: Vergi güzəştləri sahibkarların öz fəaliyyətlərini qısa müddətdə bərpa etmələrinə imkan verəcək

Vüqar Bayramov: Vergi güzəştləri sahibkarların öz fəaliyyətlərini qısa müddətdə bərpa etmələrinə imkan verəcək

24.04.2020 Выкл. Автор admin

«Hakimiyyet.com» xəbər verir ki,

Postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi model tətbiq ediləcək.

 

Bu sözləri -a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən təsdiq edilən iqtisadi paket həm pandemiya, həm də postpandemiya dövründə sahibkarların dətsəklənməsini nəzərdə tutur. Bu baxımdan vergi güzəştlərinin təklif olunması sahibkarlara pandemiya və xüsusən də postpandemiya dövründə güzəştlərdən istifadə edərək xərclərini minimallaşdırmaq və iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək. Güzəştlər mikro müəssisələr daxil olmaqla bütün sahibkarlıq subyektlərini əhatə edir.

 

«Sadələşmiş vergi subyektləri üzrə vergi dərəcələrinin iki dəfə azaldılması, sahibkarlar üçün mənfəət və gəlir vergisində 75 faizlik güzəşt, torpaq və əmlak vergisində müddətli güzəştlər həyata keçirilir. Güzəştlərin struktur və miqyasına diqqət yetirdikdə qeyd etmək olar ki, bu güzəştlər sahibkarların öz fəaliyyətlərini qısa müddətdə bərpa etmələrinə imkan verəcək. Məqsəd iqtisadi aktivliyin daha qısa müddətdə əldə olunmasından ibarətdir», — deyə V.Bayramov vurğulayıb.

 

Onun sözlərinə görə, vergi güzəştləri dövlətin dolayı yolla verdiyi maliyyə dəstəyi kimi də qiymətləndirilə bilər. Çünki bu zaman sahibkar hesabladığı vergini büdcəyə ödəmir, öz sərəncamında saxlayır və fəaliyyətinin genişlənməsinə imkan yaradır: «Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, postpandemiya dövründə sahibkarlar dövlət dəstəyindən daha çox yararlana biləcəklər. Yeni vergi güzəştlərinin tətbiq edilməsi, iqtisadiyyatın leqallaşdırılması və daha liberal iqtisadiyyatın formalaşması postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir».

Share