Xətai rayonundakı qəzada bir nəfər yaralandı

10.12.2019 Выкл. Автор admin

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza “Favorit” marketin yaxınlığında baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İbrahimov Fuad Fərhad oğlu xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Share