“Xəzər” klubuna yeni qayıqlar alınıb

“Xəzər” klubuna yeni qayıqlar alınıb

09.09.2019

15:21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” yelkənli qayıqlar idman klubunun potensialı “Optimist” sinfi üzrə 7 yeni qayıqla zənginləşib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, Polşanın “New Blue” şirkətinin istehsalı olan qayıqlar beynəlxalq standartlara cavab verir. Bu tip qayıqlardan beynəlxalq yarış və reqatalarda da istifadə olunur.

“Xəzər” yelkənli qayıqlar idman klubunun atletləri yeni qayıqları sınaqdan keçiriblər. Klubun “Optimist” sinifində yarışan dörd yelkənçisi bu yaxınlarda baş tutacaq Azərbaycan Yelkənli İdman Federasiyasının “Federasiya kuboku”na məhz yeni qayıqlarla yollanacaqlar.

Məlumat üçün bildirək ki, 2014-cü ildə yaradılan “Xəzər” yelkənli qayıqlar idman klubu ASCO-nun tərkibində fəaliyyət göstərir. Klubun idmançıları müxtəlif yerli və beynəlxalq yarışların qalibi olublar. Hazırda klubda üç məşqçi “Laser” sinfi üzrə 12, “Optimist” sinfi üzrə isə 4 idmançı hazırlayır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email