Xalq artisti Səməd Səmədov vəfat edib.

Xalq artisti Səməd Səmədov vəfat edib.

25.07.2021 Off By admin

Xalq artisti bu gün vəfat edib. Bu haqda stilist Samir Əliyev məlumat verib.

Müğənninin duet ortağı Sevda Əliqızı AZXEBER.COM-a açıqlamasında deyib:

“Mənə də indi dedilər. Heç nə bilmirəm”. Qeyd edək ki, Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

“74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında “Yeni Klinikanın” reanimasiya şöbəsinə çox ağır – tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub”.

Bunu “Report”a açıqlamasında klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi:

“Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi.

Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi.

Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi.

Ölüm səbəbi sepsis və septik şok diaqnozu idi”.

“Hakimiyyet.com”

 

Share