Xalq artistindən sevgi etirafı:  "Onsuz yaşaya bilmərəm"

Xalq artistindən sevgi etirafı: "Onsuz yaşaya bilmərəm"

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Sevgi hissi insana hər yaşda lazımdır. Sevgisiz insan yaşaya bilməz, robot olar. İnsan doğulandan ömrünün sonuna qədər sevgi ilə müşayiət olur”.

bu sözləri Xalq artisti Mənsum İbrahimov “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. Muğam ifaçısı sevgidən, qısqanclıqdan söz açıb:

“Hər bir normal insan kimi məndə də qısqanclıq hissi var. İstəkdən gələn bir hissdir. Həm də Azərbaycan səhnəsinin Məcnunuyam. Təbiidir ki, qəlbimdə istək, qısqanclıq olsun. Amma çərçivədə… İnsan ailə quranda düşünməlidir, götür-qoy etməlidir. Çünki həyatının yoldaşını seçir. Mənim hüzur tapdığım yer ailəmin yanıdır. İşimdə bir ədalət tərəzisi var. Hər zaman çalışıram ki, düzgün qərar verim. Həyatda çalışıram ki, peşman olmyım”.

M.İbrahimov heç bir biznesi olmadığını söyləyib:

“Sənət adamı kimi başqa yerdən gəlirim yoxdur. Sənətimlə dolanıram. İş adamı deyiləm, mənəviyyatca zəngin biriyəm. Bu da mənə hüzur verir”.

Share