Yurqen Klop ilin ən yaxşı məşqçisi seçilib

Yurqen Klop ilin ən yaxşı məşqçisi seçilib

18.12.2020 Выкл. Автор admin

Dekabrın 17-də FIFA “İlin ən yaxşıları” müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ilk dəfə onlayn formatda təşkil olunan tədbir ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim olunub.

İlin ən yaxşı kişi məşqçisi adına İngiltərənin «Liverpul» klubunun çalışdırıcısı Yurqen Klop layiq görülüb. O, ötən mövsüm çalışdırdığı komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub .

Alman mütəxəssis Premyer Liqanın ən yaxşı məşqçisi seçilib.

 

Share