Zelenski bu gün Azərbaycana gəlir
16.12.2019Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfərə gəlir.
APA-nın Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 16-17-də Azərbaycanda səfərdə olacaq V. Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək.
Prezidentlər Ukrayna-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.
Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra iki tərəfli sənədlərin imzalanması planlaşdırılır.
- Zelenski Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək.