Zonquldaq və Düzcə şəhərlərində Azərbaycan dövlətinə dəstək aksiyaları keçirilib

Zonquldaq və Düzcə şəhərlərində Azərbaycan dövlətinə dəstək aksiyaları keçirilib

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin Zonquldaq şəhərində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutan aksiya zamanı Azərbaycan dövlətinin və ordusunun mülki vətəndaşların müdafiəsini və ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı qətiyyətli addımlar alqışlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə bayraqlarına bürünən 40 avtomobilin daxil olduğu maşın karvanı şəhərin küçələrində yürüş keçirib. Aksiya yerli mediada geniş işıqlandırılıb.

Türkiyədə daha bir dəstək aksiyası Düzcənin Cədiyyə Camisi meydanında keçirilib. Düzcə Universiteti Türk Dünyası Topluluğunun “Səninləyik, Azərbaycan!” şüarı altında təşkil etdiyi tədbirdə Ermənistanın işğalçı və təcavüzkr siyasəti şiddətlə qınanılıb.

Təşkilatın sədri Saqi Nəbiyev dünya birliyini və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin dayandırılması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, Ermənistan hökumətinin beynəlxalq hüququ və normalara əməl etməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.

Share